Azərbaycan-Küveyt əlaqələrinin inkişafı məmnunluq doğurur
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişdir.
E.Məmmədyarov Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
Görüşdə son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunmuş, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Küveyt arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]