Azərbaycan Londonda keçirilmiş “Açıq hökumət tərəfdaşlığı” illik sammitində təmsil olunmuşdur
London, 4 noyabr (AZƏRTAC). Londonda beynəlxalq “Açıq hökumət tərəfdaşlığı” çərçivəsində illik sammit keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın icraçı katibi Vüsal Hüseynov ölkəmizi sammitdə təmsil etmişlər.
Altmış ölkədən hökumət qurumlarını, biznes dairələrini və vətəndaşı cəmiyyəti təşkilatlarını təmsil edən mindən çox nümayəndənin iştirak etdiyi sammitin builki gündəliyinə əsasən dövlət xidmətlərinin təkmilləşdirilməsi, iqtisadi artımın gücləndirilməsi, korrupsiyaya və yoxsulluğa qarşı mübarizə məsələləri ətrafında müzakirələr aparılmış və təcrübə mübadiləsi həyata keçirilmişdir.
Sammit çərçivəsində keçirilmiş mətbuat konfransında İnam Kərimov Azərbaycan Respublikasının “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası və “ASAN xidmət” haqqında məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Xatırladaq ki, Azərbaycan “Açıq hökumət tərəfdaşlığı”na 2011-ci ilin sentyabrında qoşulmuşdur. Azərbaycan bu təşəbbüsə qoşulan ilk ölkələrdəndir.
“Açıq hökumət tərəfdaşlığı” şəffaflığın artırılması, vətəndaş iştirakçılığının gücləndirilməsi, korrupsiya ilə mübarizə və daha yaxşı idarəçilik üçün yeni texnologiyalardan istifadə edilməsində hökumətin konkret öhdəliklərinə zəmanət verən çoxtərəfli tərəfdaşlıq təşəbbüsüdür. Səkkiz ölkənin təşəbbüsü ilə yaradılan tərəfdaşlığın artıq 60-dan çox üzvü vardır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]