Azərbaycan MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında təmsil olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Sankt-Peterburqda MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [10:45]