Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdaşların Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək son vaxtlarda akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlər təşkil olunduğunu, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib.

Ramiz Mehdiyev belə görüşlərin təşkilində başlıca məqsədin akademiyanın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etdirməkdən, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Akademik bu formatda ünsiyyətin mövcud problemləri bilmək, onların həlli yolunu eşitmək və qurumlar arasındakı birbaşa ünsiyyətə əngəl törədən süni maneələrin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

AMEA-nın prezidenti akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdən danışaraq deyib: “Uzun illərdir ki, akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdə durğunluq və boşluq hökm sürüb, ölkənin inkişafı üçün zəruri olan əməkdaşlıq olmamışdır. Bunun nəticəsində böyük potensiala malik Elmlər Akademiyası yeni dövrün quruculuq proseslərindən kənarda qalıb, cəmiyyətin inkişafına öz töhfəsini verə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə də alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf - həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli istifadə edərək, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”.

Akademiyanın imkanlarının geniş olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkənin sosial-iqtisadi inkişafına və digər sahələrə elmin təsirinin çox zəif olduğunu vurğulayıb: “Halbuki dövlət strukturlarının elm ictimaiyyətinə tərəf yönəlməsi, onunla sıx əməkdaşlıq etməsi böyük perspektivlər vəd edir. Akademiyanın müxtəlif strukturları ölkəmizin sənaye və iqtisadi qüdrətinin artırılmasına lazımi töhfələr vermək iqtidarındadır. Son illər ərzində akademiyanın institutlarında olduqca aktual və faydalı elmi araşdırmalar aparılıb. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, onların tətbiq olunması üçün dövlət orqanları tərəfindən sifarişlər olmamışdır. Akademiyanın strukturları da bu məsələyə passiv yanaşmışlar”.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağını, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinin yollarını müəyyənləşdirməyə kömək edəcəyinə əminliyini söyləyib.

Sonra nazir Mikayıl Cabbarov çıxış edərək tədbirin AMEA-nın müxtəlif elmi müəssisələri ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini bildirib. Son illər ölkə iqtisadiyyatının əksər sahələrində dinamik inkişafın müşahidə olunduğunu deyən nazir diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyinin qarşısında duran əsas vəzifə ölkənin dayanıqlı inkişafına nail olmaqdır.

Mikayıl Cabbarov hazırda respublikamızda qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, milli iqtisadiyyatın tərəqqisinə yönələn tədbirlərin qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir etdiyini, bu tədbirlər sırasında son illər investisiya siyasətinin düzgün qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkədə aparılan iqtisadi islahatların prioritet istiqamətlərindən bəhs edən nazir bildirib ki, əsas məqsəd iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Mikayıl Cabbarov qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə artırılması, dövlət investisiyalarının iqtisadi səmərəsinin çoxaldılması, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi istiqamətlərində görülən işlərdən danışıb. Əlavə edib ki, aparılan islahatlar nəticəsində qeyri-neft sektorunda fəaliyyət göstərən şəxslərin sayının ötən il ərzində 18 faizdən çox artması vacib göstəricilərdən biridir.

Nazir ölkədə aparılan vergi siyasətindən də söz açaraq, bu siyasəti iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin mühüm amili kimi qiymətləndirib. Vurğulayıb ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişləndirilməsindən ibarət olmalı, iqtisadiyyatın tərəqqisinə yönəlməlidir.

Sonra Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair statistik göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra nazir akademiya əməkdaşlarının suallarını cavablandırıb.

Tədbirdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsində AMEA-nın potensialından istifadə, İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması, qeyri-neft sektoru üzrə elmə ayrılan investisiyalar və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirak etdiyinə görə Mikayıl Cabbarova AMEA-nın kollektivi adından dərin minnətdarlığını bildirib, aparılan müzakirələr nəticəsində əməli tədbirlərin həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə ediləcəyinə əmin olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib