Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə elan edir
Bakı, 3 iyun, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli Paralimpiya Komitəsi və Mətbuat Şurası jurnalist yazıları müsabiqəsi elan edib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycanda Paralimpiya hərəkatının və dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, müvafiq sahələrdə qazanılan mühüm irəliləyişlər barədə ictimaiyyətin məlumatlandırılmasında jurnalistlərin həvəsləndirilməsidir.
Jurnalistlər “Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası”, “Əlil idmanına dəstək və korporativ sosial məsuliyyət” mövzularında müsabiqəyə yazılar təqdim edə bilərlər.
Müsabiqədə birinci yerin sahibi üçün 1000, ikinci yer üçün 500, üçüncü yerə layiq görülənlər (iki nəfər) üçün isə 300 manat məbləğində mükafat nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]