Azərbaycan millisi seçmə mərhələdə Andorraya qalib gəlib
Bakı, 14 aprel, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Andorra seçməsi ilə qarşılaşıb.
Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib. Matç Azərbaycan yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki 2 oyunda Macarıstana (0:1) uduzub, Şimali Makedoniyanı (2:0) isə məğlub edib. Yığmamız hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]