Azərbaycan millisinin Qətər yığması ilə oyun üçün start heyəti açıqlanıb
Bakı, 27 mart, Nicat Məmmədov, AZƏRTAC
Beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Qətər və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Canni De Byazinin Qətər ilə oyuna start heyətdə Emil Balayev, Şəhriyar Əliyev, Bəhlul Mustafazadə, Sertan Taşqın, Tellur Mütəllimov, Təmkin Xəlilzadə, Aleksey İsayev, İsmayıl İbrahimli, Anatoli Nuriyev, Mahir Emreli və Ramil Şeydayevə yer verib.
Qətər yığmasının start heyətində isə Saad Əl-Şib, Pedro Migel, Əhməd Elamin, Bualem Xuxi, Basam El Ravi, Əhməd Allaeldin, Assim Madibo, Abdulsalam, Məhəmməd Vaad, Al Haydos və Almoez Ali yer alıblar.
Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşün əsas referisi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hantsko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.
Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]