Azərbaycan müdafiə naziri İtaliya tərəfinə başsağlığı verib
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosettoya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, başsağlığında deyilir: “Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]