Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MUĞAMININ ALİM ZİRVƏSİ

Bakı, 17 aprel (AZƏRTAC). Yer üzündə bütün səslər içərisində Allaha ən yaxını musiqidir. Əgər belə olmasaydı, heç bir ifaçı minləri, milyonları bir araya gətirib onları səsin sehrinə sala bilməzdi. Elə o günkü kimi.

Həmin gün Heydər Əliyev Sarayında Xalq Artisti, “Şöhrət” ordenli muğam ustası Alim Qasımovla qızı Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşürdülər...

Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi sərvətinə çevrilmişdir. Keçən əsrin 70-ci illərindən başlayaraq YUNESKO Azərbaycan muğam sənətini “kəşf etmişdir”. 1975-ci ildə Azərbaycan muğamları YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılmışdır. 2003-cü ildə isə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısına daxil etməklə, bir daha muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etmiş oldu.

Azərbaycan muğamı ilə bağlı bütün bunlar Xalq Artisti Alim Qasımovun ifasında daha geniş üfüqlərə yol açmış, tanınmağa, sevilməyə və böyük zirvələri fəth etməyə başlamışdır.

Onun səsi qəlb yanğısından yoğrulduğundandır ki, hər zaman insanı kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Alimin ifaları dodağı susuzluqdan cadar-cadar olmuş torpağın yanğısına sərinlik səpən çağlayan bulaq suyuna bənzəyir. O, oxuduqca insan sanki qədim bir rəvayət dinləyirmiş kimi dünənini öyrənir, bu gününü dərk edir və sabahına boylanır.

Alim Qasımov olmaq yolu alın təri, fəhlə əməyi, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Alim Qasımov olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə, çılğıncasına aşiqlik vardır.

Alim Qasımovun həyat yolunu vərəqləyərkən diqqətimi çəkən aşağıdakı məqamı qələmə almaq qərarına gəldim.

Körpə ikən halı xarablaşan Alimi valideynləri - Həmzə kişi və Mədinə xanım Bakıya - Ə.Qarayev adına Uşaq Xəstəxanasına gətirirlər. Həkimlər heç bir ümid yeri qoymurlar, “bu uşaqdan əlinizi üzün” - deyirlər. Elə bu məqamda Mədinə xanımla bir palatada yatan qadın gələcək xanəndənin dərd-qəmə batmış anasına maraqlı məsləhət verir: “Bacım, ola bilsin, indiki adı uşağa düşmür. Gəlsənə onun adını dəyişəsən. Bəlkə Allah rəhm elədi, sağ qaldı”.

Gələcək muğam ulduzunun ilk adı Pənah imiş. Əli hər yandan üzülən Mədinə ana da ona məsləhət verən qadından xahiş edir ki, madam, bu sənin ağlına gəldi, körpəmə təzə adı da özün ver. Qadın bir an düşünüb, sonra “qoy uşağın adı Alim olsun” - deyir. Bu həmin addır ki, indi dünyanın neçə qitəsində Azərbaycanın mədəniyyətini, musiqi sənətini tanıdır.

Azərbaycan musiqisində bir-birinə bənzəyən və bənzəməyən səslər çox olmuşdur. Bu sənətə könül bağlayıb, onu sevən və sevdirənlər də az olmayıb. Bu olanların və olmuşların sırasında olmaq, ola bilmək şərəfli sayıldığı qədər də çətin və məsuliyyətlidir. Bu gün qəlbində sözə və səsə yer olan milyonlara yaxşı tanışdır onun ifa tərzi. Sənətə bütün ifaçılar kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Alim Qasımov qısa zaman kəsiyində çoxlarından, bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə ki, özü olmağa çalışdı və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də danışığı, gülüşü, geyimi, qazandığı tamaşaçı sevgisi ilə. Hamı kimi başlasa da, özü kimi addımlamağa qərar verdi və muğamatın Alim yolunu tapa bildi. O, sözsüz ki, bu cür oxumalı idi.

İlk başlanğıcda ona heyfi gələnlər də az olmadı. Alimin bu yolda uzun illər duruş gətirəcəyinə inananların sırası barmaqla sayılacaq qədər idi. Amma Alim muğamın minillik könül bağçasında elə bardaş qurub əyləşdi ki, illər keçdikdən sonra onu buradan qaldırmağın mümkünsüzlüyü və günah olduğu bütövlükdə qəbul edildi. İllər ötdükcə o, dinləyicisinin diqqətini təkcə səsinə, ifasına deyil, həm də hərəkətlərinə cəmləyə bildi. İlk başlanğıcda birmənalı qarşılanmayan əl-qol hərəkətləri, tərpənişlər, enmələr, qalxmalar sonradan onun ifalarında elə tamamlandı ki, bunun da qeyri-adiliyi dərk olunmağa başlandı.

Hər kəsdən ədalətli olan zaman bir daha sübut etdi ki, Alim bütün bunları özündən icad etməyib. Belə oxumağın yolu yalnız və yalnız bu cür çırpınmadan, özündən uzaqlaşıb, yenidən özünə qayıdışdan keçir. Yollar, çaylar, fəsillər, bütövlükdə götürsək ömrümüz kimi. Axı, bu sadaladıqlarımızın da enişi-yoxuşu, əyrisi-düzü, soyuğu-istisi, şirini-acısı, daha nələri, nələri var. Alimin səsi də məhz bu hərəkətlərin fonunda dinləyici ilə eyni hissləri bölüşə bildi.

Alim muğamımızın və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Alim səsi, Alim ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.

Alim Avropa səhnəsinə XX əsrin sonlarında çıxdı, qısa zaman kəsiyində avropalılara muğamı sevdirməklə yanaşı, onları muğam aludəçisinə çevirə bildi. O, muğam sənətini Fransa, İngiltərə, ABŞ, Almaniya, Belçika, İspaniya, Yaponiya, Braziliya və digər ölkələrdə tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük iş görmüş, Şərq-Qərb anlaşmasını, Şərq-Qərb yaxınlaşmasını və vəhdətini təmin etmək baxımından misilsiz xidmət göstərmişdir. A.Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam sadəcə, istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı ekzotika kimi yox, bəşəri musiqi - dünya musiqisi kimi dəyərləndirilir.

Əgər bu gün YUNESKO muğam ustası Alim Qasımovu dünyanın yüzlərlə, minlərlə ifaçısı arasından seçib ən yüksək mükafata layiq görürsə, bu, muğamın, Şərqin, Azərbaycanın uğurudur. Xatırladaq ki, sənətkar 1999-cu ildə Beynəlxalq “IMC UNESCO” Musiqi mükafatını almışdır. O, həmçinin ABŞ-ın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında dörd azərbaycanlıdan biri olmuşdur.

Alimi dinləyənlər yaxşı bilirlər ki, bu səsin və sənətin sərhədi yoxdur. Orada bütün muğamlar qarışa, şöbələr birləşə, təsniflər eyniləşə, ritmlər iç-içə düşə bilər. Lakin bu “qarışıqlığın” heç vaxt pozulmayan vahid bir prinsipi vardır. Alim ifalarında demək olar ki, muğamlarımızın bütün şöbələrinə böyük ustalıqla baş vurur. Muğamdan az-çox baş çıxaranlar bu gedişlərə sadəcə olaraq, heyrətlənməyə bilmirlər. Çünki insan daha çox bildiyi şeylərə heyrətlənir. Hələ onun etdiyi gözlənilməz gedişləri, hər bir muğam parçasından sonra oxuduğu rəngarəng təsnifləri demirəm.

Alimi səhnədə tar, kaman, balaban, nağara ifaçıları müşayiət edirlər. Bu dördlük alimin dəstəyi ilə səhnədə böyük bir orkestrin işini görür. A.Qasımov ifa etdiyi muğamı dəfdə vurduğu maraqlı ritmlərlə bir daha zənginləşdirir.

Azərbaycan səhnəsi Alimə qədər və Alimdən sonra səhnəni övladı ilə bölüşən çox sənətçilər görüb və bundan sonra da görəcəkdir. Lakin onların heç birinə Alim xoşbəxtliyi nəsib olmayıb. A.Qasımov tələbəsi və qızı Fərqanəni özünə layiqli davamçı yetişdirməklə yanaşı, muğam ifaçılığında ilk dəfə olaraq qadın və kişi səslərinin birgəliyini, həmahəngliyini yaratmağa nail olmuşdur. Ata-bala, Alimlə Fərqanə bir-birini səhnədə elə tamamlayır ki, dinləyici öz içinə çəkilib sadəcə, onları dinləməyə məhkum olur. Təbii ki, söhbət mənəvi və zövqun məhkumluğundan gedir.

Alim Qasımov doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır. Alim bu gün bəndənin dərdini Allaha çatdırmağa can atan bir səs adamına çevrilibdir. O, qəlblərə hakim kəsilən səsinin gücü ilə bütün sədləri, sərhədləri, çərçivələri aşaraq insanları mərhəmətə, düzlüyə, haqqa, sevgiyə səsləyir.

... Heydər Əliyev Sarayı bir-birindən güclü və tanınmış çox sənətçilər görmüşdür. Bu səhnədə çoxlarına əl çalınmış, gül dəstələri təqdim edilmişdir. Bütün bunlar hər bir konsertdə olur. Amma o gün bu saray tamam başqa bir görkəm almışdı. Ayaq üstdə dayanmış insanların sürəkli alqışları Alim səsinin doyulmazlığını, onun hər zaman arzulanan bir ifaçı olmasını açıq-aydın sübut edirdi. O gün tamaşaçılar üçün konsertin sonunu fikirləşmək heç də ağlagələsi bir iş deyildi. İnsanların alqışları ilə Alim dəfələrlə yenidən səhnəyə döndü və oxudu. Nəzərdə tutulmuş vaxtdan bir saat da əlavə oxudu. Amma konsert sona çatsa da, hamı Alimi ilk başlanğıcda olduğu kimi yenidən, özü də böyük həvəslə dinləmək istəyirdi. Bu istəyin sonu yoxdur. Sizcə sənətkar üçün bundan böyük qazanc, bundan böyük xoşbəxtlik varmı...

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib