AZƏRBAYCAN MUSİQİÇİLƏRİ SOÇİ MÜSABİQƏSİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan avqustun 28-31-də Soçidə keçiriləcək “Beş ulduz. İnterviziya” musiqi müsabiqəsində iştirak edəcəkdir.
Bu il müsabiqənin formatı dəyişdirilmişdir. Musiqi yarışmasında rusiyalı ifaçılarla yanaşı, MDB ölkələrinin nümayəndələri də iştirak edəcəklər. Hər ölkədən bir nümayəndənin qatılacağı müsabiqə, “Avroviziya”da olduğu kimi, növbəti il qalibin ölkəsində keçiriləcəkdir.
Müsabiqənin münsiflər heyətinə İosif Kobzon (sədr), Polad Bülbüloğlu, Yan Tabaçnik (Ukrayna) kimi tanınmış musiqiçilər daxildir. Qalibi və laureatları tamaşaçılar SMS-səsvermə vasitəsilə seçəcəklər.
Qran-pri, birinci, ikinci və üçüncü mükafatlara 4 gün davam edəcək müsabiqə boyu ən çox səs toplamış iştirakçılar layiq görüləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]