SİYASƏT
Azərbaycan nümayəndə heyəti Prezident İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Özbəkistanda səfərdədir
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslər daxildir.