AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ İSTANBULDA AVRASİYA ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK EDİRLƏR
Toplantıda ölkəmizi Azərbaycan Prezidenti İcra Aparatının, Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlar Milli Konfederasiyasının nümayəndələri, eləcə də 100-ə yaxın iş adamı təmsil edirlər.
Türkiyənin Avrasiya iqtisadi məkanının zəngin təbii sərvətlərindən daha çox faydalanması məqsədi ilə təşkil olunan toplantıda sərmayədarlar arasında görüşlər keçiriləcək, ümumi dəyəri 250 milyon dollar olan müqavilələr bağlanacaqdır.
Tolantıda bildirilmişdir ki, dünya neft hasilatının 15 faizi, təbii qazın isə 33 faizi 1 trilyon dollardan çox rəsmi gəlirə sahib olan Avrasiya iqtisadi məkanının payına düşür. Türkiyənin dövlət naziri Gürşad Tuzmen və Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarçıkoğlu çıxış edərək, Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurla başa çatmasını karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması yolunda ən mühüm hadisə adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]