AZƏRBAYCAN-PAKİSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf birgə bəyannamə imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Pakistan tərəfindən neft və təbii ehtiyatlar naziri Nauriz Şakur Xan, Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, Pakistan tərəfindən neft və təbii ehtiyatlar naziri Nauriz Şakur Xan imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən daxili işlər naziri Ramil Usubov, Pakistan tərəfindən xarici işlər katibi Riyaz Toxaş imzaladılar.
Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Pakistanın sənaye və istehsal naziri Liakat Əli Catoy Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında beynəlxalq terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında sazişi imzaladılar.
Sənədlərin imzalanma mərasimində baş nazirin müavini Yaqub Eyyubov, nazirlər, Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz, Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli və dost ölkənin nümayəndə heyətinin üzvləri iştirak edirdilər.