Azərbaycan parabadmintonçusu reytinq xalı qazanmaq üçün Bəhreynə yollanıb
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Bəhreynin Manama şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
AZƏRTAC Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla bildirir ki, idmançı baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında yarışa qatılacaq.
Bu gün start götürən turnir mayın 23-də başa çatacaq.
Qeyd edək ki, yarış Parisdə 2024-cü ildə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]