Azərbaycan poçtu “Qızıl səviyyə” sertifikatına layiq görülmüşdür
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan poçtu bu günlərdə daha bir uğur qazanmışdır. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin sürətli poçt xidməti 2010-cu ildə ən keyfiyyətli poçt xidmətləri göstərdiyinə görə, dünyanın 203 ölkəsi arasında Ümumdünya Poçt İttifaqının (ÜPİ) təsis etdiyi “Qızıl səviyyə” sertifikatına layiq görülmüşdür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sertifikat ÜPİ-nin Poçt İstismarı Şurasının İsveçrənin paytaxtı Berndə keçirilmiş yaz sessiyasında bu qurumun Beynəlxalq Bürosunun baş direktoru Eduard Dayan tərəfindən “Azərpoçt” MMC-in nümayəndəsinə təqdim olunmuşdur.
Azərbaycan MDB-yə üzv ölkələr arasında belə yüksək mükafata layiq görülən ilk respublikadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]