Azərbaycan Premyer Liqası: Bu gün XXII tura yekun vurulacaq
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə üç matç keçiriləcək.
Əvvəlcə meydana "Turan Tovuz" və "Qəbələ" komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək.
Növbəti oyun "Zirə" və "Sumqayıt" arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq matç saat 17:15-də başlayacaq.
Günün son oyunu Mərdəkanda təşkil olunacaq. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Neftçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti 19:30-da çalınacaq.
Turun əvvəlki oyunlarında "Qarabağ" və "Sabah" komandaları 3:3 hesablı sülhə razılaşıblar, "Səbail" isə səfərdə "Kəpəz"i məğlub edib - 4:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]