Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub. “Kəpəz” - “Qəbələ” (2:2), “Turan Tovuz” - “Qarabağ” (2:3), “Zirə” - “Sumqayıt” (3:1), “Şamaxı” - “Səbail” (2:1) və “Sabah” - “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Bu, 2022/2023-cü il mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.
Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]