AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilmiş, müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.