AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukraynanın Baş naziri Viktor Yanukoviç ilə görüşmüşdür.
![]() |
Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyinin bildirildiyi görüşdə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daim genişlənməsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlarda regional səviyyədə əməkdaşlığının möhkəmləndirildiyi vurğulandı və bunun gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.
Viktor Yanukoviç Azərbaycana səfərinin uğurla keçdiyini məmnunluqla xatırlatdı.
