Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “LİDER” TELEVİZİYASINA MÜSAHİBƏSİ

MÜXBİR: Cənab Prezident, Milli Olimpiya Komitəsinə rəhbərliyə başladığınız vaxtdan qarşıya qoyduğunuz vəzifələrə nə dərəcədə nail olmusunuz?

İLHAM ƏLİYEV: Səkkiz il çox tez keçdi. Mən o günü çox yaxşı xatırlayıram. Səkkiz il bundan əvvəl Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəldim. Bu illər ərzində mənim həyatımın, fəaliyyətimin bir hissəsi idmanla bağlı olmuşdur. Bu illər ərzində uğurlar həddindən artıq çoxdur. Azərbaycanda idman geniş vüsət aldı, kütləvi xarakter aldı. Ölkəmizin müxtəlif şəhərlərində gözəl olimpiya kompleksləri tikildi. İdmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında Azərbaycanın milli bayrağını yüksəklərə qaldırdılar. Azərbaycanda komanda idman növləri inkişaf etdi. Bugünkü qələbə bunun əyani təzahürüdür.

Bir neçə il bundan əvvəl bütün bunları heç təsəvvür etmək mümkün deyildi. İki il bundan əvvəl təsəvvür etmək mümkün deyildi ki, Qubada 8 milli komandanın iştirakı ilə beynəlxalq turnir keçiriləcəkdir. Bütün bunlar görülən işlərin, Azərbaycanda gedən inkişafın nəticəsidir.

Bugünkü qələbə məni çox sevindirir. Çox güclü rəqib üzərində tam üstünlüklə qələbə qazanıldı. Bizim qızlarımız çox gözəl oyun nümayiş etdirirlər. Görün, nə qədər insanlar sevinc içindədir, nə qədər böyük ruh yüksəkliyi var. İdman bu baxımdan da çox vacib sahədir. İnsanlarda ruh yüksəkliyi doğurur, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə olunmasında idmanın müstəsna rolu vardır. Qazanılan bütün uğurları bir müsahibə çərçivəsində demək çətindir. Hər halda, nəticələr göz qabağındadır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.

MÜXBİR: Cənab Prezident, Siz təxminən bir il bundan əvvəl bu bölgəyə səfər etmişdiniz. İndi də gəlmisiniz. Burada nə kimi dəyişikliklər gördünüz?

İLHAM ƏLİYEV: Dəyişikliklər görünür. Bu bir il ərzində Qubada, Qusarda, Xaçmazda ciddi dəyişikliklər baş vermişdir. Şəhərlər abadlaşır, yeni iş yerləri açılır, müəssisələr işə salınır, insanların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Əlbəttə, müqayisə etmək mənim üçün çətin deyil, çünki düz bir il bundan əvvəl burada idim.

Çox sevinirəm ki, Azərbaycanın, demək olar, hər yerində inkişaf özünü büruzə verir. Ölkə sürətlə inkişaf edir. Mənim fəaliyyətimin prioritet istiqamətlərindən biri də odur ki, regionların inkişafına böyük diqqət göstərilsin. Azərbaycanın güclənməsi regionların hesabına olmalıdır, insanların yaşayış səviyyəsi yüksəlməlidir. Paytaxtla bölgələr arasındakı fərq azalmalıdır. Bu da var. Bu, həm görülən işlərin nəticəsidir, həm də ümumi iqtisadi inkişafın təzahürüdür. Yəni, inkişaf olmayan yerdə bu dəyişikliklər baş vermir. Mən çox sevinirəm ki, Azərbaycanın bölgələri inkişaf edir, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşır.

Gələn il də gələcəyəm və yəqin ki, daha yaxşı nəticələri görəcəyəm.

MÜXBİR: Dediyiniz kimi, Qubada keçirilən yarışda 8 ölkənin komandaları iştirak edir. Avropanın idman federasiyaları olduqca həssasdırlar, hər bir məsələyə çox diqqətlə yanaşırlar. “Lider” televiziyasının “Eurosport” telekanalı ilə əməkdaşlığı sayəsində Qubada keçirilən yarış bütün Avropaya və dünyanın bir çox başqa ölkələrinə də birbaşa yayımlanır. Yəqin ki, ekrandakı “Quba” sözü xarici idmansevərləri təəccübləndirir. Çünki öyrəşiblər ki, belə yarışlar adətən Bakıda keçirilir. Necə bilirsiniz, gələcəkdə Azərbaycanın digər idman komplekslərində də yüksək səviyyəli yarışlar keçirilməsinə imkan olarmı?

İLHAM ƏLİYEV: Hər halda, belə imkan var. Bu gün birinci oyunu - Rusiya və Polşa komandaları arasında keçirilən görüşü mən də sizin kanalın yayımı vasitəsilə “Eurosport”da izlədim. Çox sevindim ki, “Eurosport” yarışı canlı yayımlayır və göstərilir ki, yarış Azərbaycanda, özü də paytaxt Bakıda deyil, Qubada keçirilir. Azərbaycanda Olimpiya komplekslərinin tikintisi bir tərəfdən, idmançıların məşğul olması, təlim-məşq toplanışları keçirməsi, digər tərəfdən də beynəlxalq tədbirlərin keçirilməsi məqsədi güdür. Bakılılar artıq bu cür tədbirlərə öyrəşmişlər. İndi növbə çatıb ki, bölgələrdə belə tədbirlər keçirilsin. Qubada keçirilən bu beynəlxalq yarış ilk belə hadisədir. Şübhə etmirəm ki, gələcəkdə başqa yerlərdə də buna bənzər tədbirlər keçiriləcəkdir. Çünki artıq bu təcrübə var, Beynəlxalq Voleybol Federasiyası bundan əvvəl də buradakı mövcud vəziyyətlə tanış olub və çox razıdır. Bir halda ki, belə təcrübə, necə deyərlər, tarix var, deyə bilərik ki, gələcəkdə başqa yarışlar da keçiriləcəkdir. Azərbaycan dünyada bu cəhətdən daha da məşhurlaşacaqdır.

MÜXBİR: İnanıram ki, Sizin bu müsahibənizi bizim komandanın üzvləri də dinləyəcəklər. Onlara nə demək istərdiniz?

İLHAM ƏLİYEV: Onları ürəkdən təbrik edirəm. Həm yüksək peşəkarlıq, həm də böyük ruh yüksəkliyi nümayiş etdirdilər, bizim tamaşaçıları sevindirdilər. Bütün Azərbaycan xalqını sevindirdilər. Biz hamımız qürur hissi keçiririk ki, komandamız Avropanın ən güclü komandaları üzərində qələbə qazanmışdır. Mən qızları təbrik edirəm, Faiq Qarayevi təbrik edirəm, onun çox böyük əməyi vardır. Bu yaxınlarda onunla görüşmüşdük və ilk görüşümüzü xatırlayırdıq. Bir neçə il bundan əvvəl görüşdük və söhbət əsnasında belə qərara gəldik ki, o, Bakıya qayıtmalı, komandaya rəhbərlik etməlidir, Milli Olimpiya Komitəsi də onu tam dəstəkləyəcəkdir. Bir tərəfdən, ona şərait yaradıldı, digər tərəfdən də peşəkarlığı, doğma Vətənə bağlılığı, qızların səriştəsi və bacarığı, eyni zamanda vətənpərvərliyi bütün bu nailiyyətlərin əldə olunmasında rol oynadı. Bu gün biz həqiqətən çox böyük sevinc içindəyik. Qürur hissi keçiririk ki, bizim milli komandamız belə yüksək səviyyədədir. Avropa və dünya çempionatlarına da vəsiqə qazanıbdır və şübhə etmirəm ki, ölkəmizi layiqincə təmsil edəcəkdir.

“Lider” telekanalına təşəkkürümü bildirirəm ki, bu gözəl yarışları canlı efirlə tamaşaçılara təqdim edir. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Azərbaycan və Almaniya voleybolçularının görüşündən sonra komandaların məşqçiləri mətbuat konfransı keçirərək jurnalistlərin suallarına cavab verdilər.

X X X

Yarımfinalın digər oyunu - Rusiya və Avropa çempionu olan Polşa yığma komandalarının görüşü gərgin idman mübarizəsi şəraitində keçdi. İlk iki hissəni aşkar üstünlüklə (25:19, 25:20) öz xeyirlərinə başa çatdıran Polşa voleybolçuları, sonra dalbadal üç hissədə məğlub olaraq (20:25, 23:25, 8:15), oyunu 2:3 hesabı ilə uduzdular.

İyulun 31-də finalda Azərbaycan və Rusiya komandaları qarşılaşacaqdır, Polşa və Almaniya voleybolçuları isə “Qran-pri” yarışlarının finalında oynamaq hüququ verən üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO