Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYANIN “VESTİ” TELEKANALINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYANIN “VESTİ” TELEKANALINA MÜSAHİBƏSİ
Bakı, 28 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Vesti” telekanalına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibəni oxuculara təqdim edir.

- Cənab Prezident, 2009-cu il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün hansı əsas və mühüm hadisələrlə əlamətdar olmuşdur?

- 2009-cu il adi il olmamışdır. Qlobal maliyyə böhranının nəticələrini bütün ölkələr bu və ya digər dərəcədə öz üzərlərində hiss etmişlər. O cümlədən Azərbaycan da. Biz bu mürəkkəb vəziyyətdən minimum itki ilə çıxmağa nail olmuşuq. Bütövlükdə iqtisadiyyat dinamik inkişaf etmişdir. 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Zənnimcə, maliyyə böhranı şəraitində bu, çox yaxşı göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz artmışdır. İnflyasiya 2 faizdən az olmuşdur. Əhalinin gəlirləri xeyli artmışdır. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam etdirmişdir.

Bizim bu cür ciddi artım nümayiş etdirməyimiz birinci il deyildir. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi bütövlükdə 2,6 dəfə artmışdır. Biz əsas infrastruktur layihələrini həyata keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar yerinə yetirilmişdir. İqtisadiyyatımızın müəyyən dərəcədə enerji ehtiyatlarından asılı olmasına və bu il neftin qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, biz bütün sosial proqramları həyata keçirmişik. Beləliklə, biz bu ili də yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq, çünki ölkəni tamamilə modernləşdirmək üçün hələ çox işlər görülməlidir.

- Onda bəs bu uğurların sirri nədədir? Neft həqiqətən ucuzlaşırdı.

- Bilirsiniz, mənim fikrimcə, uğurlarımızın sirri ondadır ki, biz iqtisadiyyatı kifayət qədər qısa müddətdə şaxələndirməyə və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin çox davamlı beynəlxalq reytinqi vardır, bütün reytinq agentlikləri uğurlarımızı çox yüksək qiymətləndirirlər. 2008-ci ildə Dünya Bankı biznes fəaliyyəti proqramında dünyada birinci yeri Azərbaycana vermişdir. Bu onu göstərir ki, biz iqtisadiyyatımızı əhəmiyyətli dərəcədə liberallaşdırmağa, özəl sektor üçün yaxşı şərait yaratmağa nail olmuşuq.

Kənd təsərrüfatında böyük uğurlar qazanılmışdır. Rekord miqdarda kənd təsərrüfatı məhsulları yığılmışdır. Bizim ixracla əlaqədar problemlərimiz də yoxdur. Bütün istiqamətlər bizim üçün açıqdır. Buna görə də düşünürəm ki, hətta böhran ilində də uğurla inkişaf etməyimizin əsas səbəbi bundadır.

-Hazırda neft-qaz sahəsinin inkişafından əlavə, daha hansı sahələr Sizin üçün prioritet sayılır və Siz iqtisadiyyatın şaxələndirilməsi dedikdə, hansı sahələrin inkişafını nəzərdə tutursunuz?

- Biz ilk növbədə təbii ehtiyatlarımıza və xammal ehtiyatlarına, eləcə də qonşu dövlətlərin bazarlarından istifadə imkanlarına əsaslanmışıq. Buna görə də kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bu il biz özümüzü, əslində, daxili istehsal hesabına əsas qida məhsulları ilə demək olar ki, tam təmin edirik. Əvvəllər heç vaxt belə olmamışdı.

Digər mühüm sahə informasiya-kommunikasiya texnologiyalarıdır. Biz bu sahədə çox irəliləmişik və iki ildən sonra ilk süni peykimizi buraxmağı planlaşdırırıq. Yəni kosmik sənaye yaradırıq və bu baxımdan da Azərbaycanın dünyada reytinqi durmadan artır.

İnfrastrukturla əlaqədar layihələr bizə çox güclü nəqliyyat bazası yaratmaq imkanı verir. Əlbəttə, coğrafi mövqeyimiz çox əlverişlidir, lakin nəqliyyata sanballı investisiyalar qoyulmasa, bunun əhəmiyyəti azdır. Buna görə də magistral yolların çəkilişi, dəmir yollarının təmir edilməsi, Xəzər donanmasının bazasının möhkəmləndirilməsi, tanker donanmasının yaradılması, aviadaşımalar - bütün bunlar tranzit üçün gözəl şərait yaratmışdır. Bu gün biz Asiyadan Avropaya və əks istiqamətdə daşınan böyük həcmdə yük üçün tranzit ölkəyə çevrilmişik və əlbəttə, gələcəkdə bu, iqtisadiyyatın daha çox şaxələndirilməsinə və daha çox qazanc əldə olunmasına kömək edəcəkdir.

- Qeyd etmək lazımdır ki, bütün Xəzəryanı dövlətlər arasında ən güclü tanker donanması Azərbaycandadır.

- Bəli, yeri gəlmişkən deməliyəm ki, son bir neçə ildə biz hər birinin yükgötürmə qabiliyyəti 13 min ton olan 8 tanker almışıq. Bunlar Xəzərdə hərəkət edə biləcək ən böyük tankerlərdir. Bu da ölkələrimiz arasında əməkdaşlığın yaxşı cəhətlərindən biridir, çünki biz həmin tankerləri Rusiya müəssisələrindən alırıq. Hazırda malik olduğumuz tanker donanması Xəzərdə ən azı 20 milyon ton neft və neft məhsulları daşımağa imkan verir, bu isə yüklərin indiki həcmindən qat-qat artıqdır.

- Perspektivdə bu donanma hətta boru kəməri sisteminin alternativi ola bilər?

- Əlbəttə, ümumiyyətlə elədir. Ola bilər. Bu, təbiidir, hərçənd biz öz boru kəmərlərimizin hamısını çəkmişik. Azərbaycanın yeni boru kəmərləri tikməsinə ehtiyac yoxdur, çünki neftin nəql edilməsi üçün müxtəlif istiqamətlərdə üç boru kəməri vardır. Qazın nəql edilməsi bizi qonşu ölkələrlə birləşdirən dörd boru kəməri ilə həyata keçirilir. Buna görə də regionda boru kəmərləri siyasətinin gələcəyi, yəqin ki, buna daha çox ehtiyacı olan dövlətlər tərəfindən müəyyən ediləcəkdir.

Biz özü özünü təmin edən dövlətik, biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq və mövcud boru kəmərləri bizim üçün kifayətdir.

- Belə çıxır ki, Siz gələcəkdə Nabukko kimi qlobal layihələri tranzit ölkə olaraq dəstəkləməklə kifayətlənməyi nəzərdə tutursunuz?

- Zərurət yaranarsa.

- Siz bu layihəni indi necə qiymətləndirirsiniz?

- Demək çətindir, bəyanatlar çoxdur. Bu və digər layihələr ətrafında siyasi spekulyasiyalar hədsiz dərəcədə çoxdur. Lakin fəaliyyət çox cüzidir. Təbii ki, biz təchizatın bundan sonra da şaxələndirilməsində maraqlıyıq. Çünki bu gün bizim qaz ixracımız regionla məhdudlaşır. Lakin bizim potensialın çox böyük olmasını, - Azərbaycanda qaz ehtiyatlarının təsdiq edilmiş minimal həcmi 2 trilyon kubmetr, real ehtiyatlar isə təqribən 5 trilyon kubmetrdir, - nəzərə alsaq, yeni satış bazarlarına çıxmaq imkanı hər bir ölkə üçün cəlbedici məqamdır.

- Siz burada Rusiya ilə münasibətləri inkişaf etdirmək imkanlarını nədə görürsünüz?

- Energetika sahəsində bizim münasibətlərin kifayət qədər böyük tarixi və yaxşı nəticələri vardır. Biz uzun illərdir ki, Bakı-Novorossiysk neft kəməri ilə nefti Rusiya ərazisindən keçməklə nəql edirik. Onu da deməliyəm ki, bu il daşımaların həcmi xeyli artmışdır. Biz bundan razıyıq və gələcəkdə də bu istiqamətdə daşımaların həcmini artırmaq üçün iş aparmaq fikrindəyik. Elektroenergetika sahəsində fəal əməkdaşlıq edirik. İndi Azərbaycan Rusiyadan idxal etdiyi elektrik enerjisindən xeyli çox elektrik enerjisini bu ölkəyə ixrac edir. Qaz sahəsində biz 2007-ci ilə qədər Rusiya qazının alıcısı idik. Çünki o vaxt bizim öz resurslarımız çatışmırdı. Gələn ilin əvvəlindən isə biz ixracatçıya çevriləcəyik.

Bunun da müəyyən rəmzi mənası vardır. Bu da dövlətlərimiz arasında münasibətlərin xarakterini əks etdirir. Bizə qaz lazım olanda onu Rusiyadan alırdıq. Qaz ixrac etmək imkanımız yarandıqda isə, Rusiya tərəfi ixrac üçün daha çox qaz sərbəstləşdirmək məqsədi ilə özünün cənub regionlarını təmin etməkdən ötrü bizim qazdan istifadə etməyi üstün tutmuşdur. Təbii ki, bu, qarşılıqlı faydalı layihədir və biz onu çox operativ surətdə həyata keçirdik. Artıq gələn ilin əvvəlindən malgöndərmələr başlanacaqdır. Biz layihədə bəyan edilmiş həcmlərlə kifayətlənmək fikrində deyilik. Çünki hər halda bu, birinci ildir və həm Rusiya tərəfi, həm də biz bu məsələdə bir-birimizə uyğunlaşmalıyıq. Bu səbəbdən layihədə sifariş edilmiş həcmlər o qədər də çox deyildir. Lakin əgər qarşılıqlı razılaşma əldə edilsə, bizim real potensialımız əvvəl nəzərdə tutulan həcmi azı iki dəfə artırmağa imkan verəcəkdir. Əgər Rusiya tərəfi buna hazır olsa, biz həcmi artırmaq fikrindəyik. Yəqin ki, Rusiya tərəfi üçün Azərbaycan qazından istifadə etmək imkanı vacib olduğu kimi, bizim üçün də Rusiya bazarına çıxmaq vacibdir.

- Neft emalının inkişaf etdirilməsi üçün hansı imkanlar vardır? Axı hasilat, hər halda, həm də xammal asılılığıdır...

- Düzdür, bizim neft emalı zavodlarını tamamilə modernləşdirmək üçün əlbəttə, işləmək lazımdır. Bizim emal zavodlarının gücü kifayət qədərdir. Hazırda Azərbaycanda emal zavodlarının gücü təqribən 20 milyon ton təşkil edir. Amma biz 6 milyon tondan bir qədər çox neft emal edirik. Yəni biz nefti xam şəkildə nəql etməyi üstün tuturuq və bu il neft ixracının həcmi 40 milyon tondan çox olacaqdır. Gələn il isə yəqin ki, bu, 50 milyon tona yaxınlaşacaqdır. Yəni, bu sahədə çətinliklərimiz azdır, çünki biz nefti müxtəlif istiqamətlərə üç boru kəməri ilə nəql edirik. Neft emalı məhsullarının satılması isə daha mürəkkəbdir.

- 2010-cu ildən etibarən Rusiya, Qazaxıstan və Belarus arasında ticarətin xüsusi qaydalarına əsaslanan vahid gömrük ittifaqı fəaliyyətə başlayacaqdır. Azərbaycan belə bir zonanın yaradılmasında, bəlkə də, postsovet ölkələrinin inteqrasiyasının növbəti mərhələsi olacaq vahid iqtisadi məkanda bu cür layihədə iştirak etməkdə maraqlıdırmı?

- Bilirsinizmi, müxtəlif birliklərdə iştirak etmək məsələlərində biz həmişə məqsədəuyğunluq mövqeyindən çıxış edirik. Əlbəttə, indi üç ölkə arasında yaradılan ittifaqın təcrübəsi öyrənilməlidir. Bu günə qədər biz fövqəlmilli xarakter daşıyan orqanlarda iştirak etməmişik və ümumiyyətlə, iştirak etmək niyyətində deyilik. Hətta bizim MDB-də kifayət qədər səmərəli və fəal iştirakımız çərçivəsində də fövqəlmilli qurumlarda iştirak etmirik. Buna görə də həmin təcrübəni öyrənmək lazımdır və bundan sonra nəticə çıxarmaq olar.

Bizim ölkənin inkişafının bugünkü səviyyəsi ciddi birləşmə proseslərinə qoşulmadan da uğurla inkişaf etməyimizə imkan verir.

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün əvvəlki kimi ağrılı olan kəskin siyasi mövzudur. Xoşbəxtlikdən, bu il fəal müzakirələrlə əlamətdar olmuşdur. Sizinlə Ermənistan prezidenti arasında bir neçə görüş olmuşdur. Siz Ermənistanla mövqeləri yaxınlaşdıra bilmisinizmi?

- Bəzi məsələlərdə mövqelər yaxınlaşır, digərlərində yox. Buna görə də mən bu ili münaqişənin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi. Ona görə ki, hələ 2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparılmış və münaqişənin tənzimlənməsi haqqında birgə bəyannamə, o cümlədən Rusiya Federasiyası tərəfindən də imzalanmışdır. Həmin sənəddə dəqiq müəyyən edilmişdir ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə, əlamətdar hadisə idi. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi. Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Özü də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik vardır. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir. Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaqdır. Yəni, bu, əsas səbəbdir. Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyildir. Bu münaqişəni tənzimləmək üçün isə sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər.

Ümidvarıq ki, 2010-cu ildə əsas mövqeləri razılaşdıra biləcəyik. Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında saziş bağlanmışdır. On beş il keçmişdir, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik.

- Söhbətimizi dinc və nikbin bir mövzu ilə bitirməyi təklif edirəm. Bilirəm ki, güləşin bütün növləri, şahmat Azərbaycanda idmanın ən populyar növləridir. Rusiyada olduğu kimi, Sizdə də futbolu sevirlər. Hərçənd, onu da demək lazımdir ki, bu növdə heç də həmişə parlaq nəticələr göstərmirlər. Ölkədə sağlam həyat tərzi və idman fəal təbliğ edilir. Bunu demək kifayətdir ki, sizdə respublikanın 60 rayonuna artıq yeni tikilmiş 30 olimpiya mərkəzi düşür. Siz Vankuver Qış Olimpiadasına nə ilə gedəcəksiniz və idmanın təbliğini necə dəstəkləyirsiniz?

- Biz Qış Oyunlarına gedirik, lakin bu, daha çox “əsas məsələ - iştirak etməkdir” prinsipi üzrə olur.

- Yəqin ki, bu, dağ xizək idmanı olmayacaqdır?

- Elədir, lakin bu yaxınlarda biz Bakıdan iki yüz kilometr məsafədə iri beynəlxalq dağ xizək kurortunun tikintisinə başlamışıq. Şaquli kanat yollarının, mehmanxanaların tikintisi başlanmışdır. Ona görə də, mənim fikrimcə, bir ildən, il yarımdan sonra Azərbaycanda dağ xizək idmanı ilə məşğul olmaq və idmanın bu növünü inkişaf etdirmək mümkün olacaqdır. Lakin bizim əsas ümidlərimiz, əlbəttə, yay oyunları ilə bağlıdır. Son Olimpiya oyunlarında biz yaxşı çıxış etdik, yeddi medal qazandıq. 2009-cu ildə də bir neçə idmançımız dünya və Avropa çempionu olmuşdur. Bizim şahmatçılardan ibarət komandamız Avropa çempionatında birinci yeri tutmuşdur. Bu, ciddi nailiyyətdir, xüsusən ona görə ki, bizim şahmatçıların hamısı gənclərdir. Mən onlarla görüşəndə demişdim ki, siz hamınız müstəqillik şəraitində formalaşmısınız. Onların hərəsinin təxminən 20-22 yaşı vardır. Güləşdə, əlbəttə çox böyük nailiyyətlər qazanmışıq. Güləş üzrə dünya çempionatında komanda hesabında birinci yeri tutmuşuq. Bu, çox ciddi nailiyyətdir. Rusiyada, region ölkələrində, digər ölkələrdə də güclü güləşçilər çoxdur.

İdman sağlam həyat tərzinin təbliği vasitəsi kimi, insanın sağlamlığının şərti kimi Azərbaycanda bizim həyatımızın mühüm amilidir. Siz olimpiya komplekslərini qeyd etdiniz. Bu, heç də təsadüfi deyildir. Biz bu prosesə kifayət qədər çoxdan başlamışdıq və bu gün həmin komplekslər regionlarda idmanın inkişafı üçün bazalara çevrilmişdir. Mən özüm də imkan daxilində onu təbliğ etməyə çalışıram.

- Cənab Prezident özü şəxsi nümunə göstərməklə Azərbaycan idmanını dəstəkləməyi planlaşdırmır ki?

- Bacardığım qədər dəstəkləyirəm. Mən 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən öz münasibətimlə, eləcə də sağlam həyat tərzi nümayiş etdirməklə çalışıram...

-Yəni Prezidenti xizək sürəndə, krossda görmək olar?

- Prinsip etibarilə əlbəttə, olar. Lakin mən bunu, kameraların qarşısında etmirəm.

- Müsahibəyə görə Sizə təşəkkür edirəm. Azərbaycana və şəxsən Sizə uğurlar arzulayıram.

- Sağ olun. Suallarınıza görə də sağ olun. Sizin suallarınız mənə ölkəmiz haqqında, görülmüş işlərin əsas istiqamətləri haqqında, nə etməyi planlaşdırdığımız barədə danışmağa imkan verdi. Mən bu fürsətdən istifadə edərək, Rusiyanın bütün vətəndaşlarına yeni ildə sülh, firavanlıq və əmin-amanlıq arzulamaq istəyirəm. Əminəm ki, ölkələrimiz arasında münasibətlər 2010-cu ildə və sonrakı illərdə ölkələrimizin və xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək