AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ
MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNDA GÖRÜŞ
Rektor Anatoli Torkunov görüşü açaraq, Azərbaycan Prezidentinin bu mötəbər təhsil ocağında təhsil aldığını və institutun müdavimləri arasında onun ilk dövlət başçısı olduğunu söylədi. O, Prezident İlham Əliyevin siyasi fəaliyyəti haqqında da ətraflı məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə geniş nitq söylədi. Rusiya-Azərbaycan əlaqələrinin perspektivlərindən, ölkəmizdə aparılan siyasi, iqtisadi və hüquqi islahatlardan ətraflı bəhs edən dövlətimizin başçısı bu xəttin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.
Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyevə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru diplomu və mantiya təqdim edildi. Dövlətimizin başçısına institutun Alimlər Assosiasiyasının diplomu və təhsil illərindəki qiymət kitabçası da təqdim olundu.
Prezident İlham Əliyev MDBMİ-yə Azərbaycan rəssamının rəsm əsərini bağışladı, institutun müəllimləri ilə görüşüb söhbət etdi.