Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ

SƏFƏR BAŞA ÇATDI

Fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatdı. Dövlətimizin başçısı Vnukovo-2 hava limanına gəldi.

Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyevi RF hökuməti sədrinin müavini Viktor Xristenko və Rusiya hökumətinin yüksək vəzifəli digər rəsmi şəxsləri, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov yola saldılar.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün gecə Bakıya qayıtdı.

Dövlətimizin başçısı Binə hava limanında jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, belə məlumat yayılıb ki, ABŞ-ın dövlət katibi Kolin Pauell Moskvaya səfəri zamanı Rusiyanın xarici işlər naziri İvanovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair hansısa təkliflər barədə söhbət olmuşdur. Siz İvanovla görüşmüsünüz, hər hansı təklif varmı?

CAVAB: Əlbəttə, biz görüşdük, münaqişə barədə də söhbətlərimiz oldu. Təkliflər, yəqin ki, olmalıdır. Bilirsiniz ki, bu problemin həll edilməsi istiqamətində işlər bir növ lazımi səviyyədə qurulmayıbdır. Biz istəyirik ki, bu proses daha da intensivləşsin. Əlbəttə, təkliflər olmalıdır. Mən bu dəfə də öz mövqeyimi bildirdim və bəyan etdim ki, Minsk qrupu öz mövqeyini bildirməlidir, yeni təkliflərlə çıxış etməli, özünü müşahidəçi kimi aparmamalıdır. Ola bilər ki, yaxın zamanlarda hansısa təkliflər olsun. Amma bu məsələ ilə bağlı elə konkret söhbətimiz olmayıbdır.

SUAL: Cənab Prezident, 5 rayonun qaytarılması məsələsi Avropa Parlamentində də səslənir. Rusiya Prezidenti ilə Dağlıq Qarabağ problemi müzakirə olunarkən belə bir məsələyə toxunuldumu?

CAVAB: Bu, yeni məsələ deyildir. Avropa İttifaqı bu məsələni haradasa, 3-4 il bundan əvvəl irəli sürmüşdü. O vaxt Ermənistan buna razılıq verməmişdi. Ermənistanın təbliğat kampaniyası ona yönəlib ki, guya Azərbaycan onu mühasirəyə alıbdır. Ancaq bu, belə deyildir. Siz deyən yeni məsələ deyil, müzakirə oluna bilər. Biz özümüz müəyyən etməliyik ki, bu, nə dərəcədə məqbuldur. Hələlik bu barədə danışmaq bir qədər tezdir. Əgər rəsmi şəkildə təklif edilərsə, - biz Minsk qrupunu gözləyə bilərik, mandat Minsk qrupundadır, - o vaxt ona münasibət bildirmək olar. Amma hesab edirəm ki, bütün mümkün olan variantlar nəzərdən keçirilməlidir. Biz baxmalıyıq ki, bunu necə həll edək. Amma mən öz mövqeyimi bir daha açıq-aydın bildirdim. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Bu problem, Ermənistan-Azərbaycan münaqişəsi konstruktiv prinsiplər əsasında öz həllini tapa bilər. Bu məsələ ilə bağlı bizim söhbətlərimiz olubdur. Mən Azərbaycanın mövqeyini bütün səviyyələrdə bildirmişəm.

SUAL: Cənab Prezident, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin bundan sonra nəql olunması barədə nə deyərdiniz?

CAVAB: Bəyannamə yəqin ki, Sizə də təqdim ediləcəkdir. Görəcəksiniz, orada belə bir niyyət ifadə olunubdur ki, bu məsələ uzunmüddətli əsaslarla öz həllini tapmalıdır. Azərbaycan nefti şimal marşrutu ilə dünya bazarlarına çıxarılmalıdır. Eyni zamanda, Azərbaycana təbii qazın ötürülməsi də təmin edilməlidir. Amma orada hər hansı bir öhdəlik yoxdur. Orada niyyət şəklində göstərilir. Bildiyiniz kimi, bu marşrut fəaliyyətdədir. Uzun müddətdir ki, Azərbaycan nefti bu marşrut ilə göndərilir. Biz maraqlıyıq ki, Bakı-Novorossiysk neft kəməri işləsin. Neft kəməri nə qədər işlək vəziyyətdə olarsa, o qədər sərfəlidir.

SUAL: Cənab Prezident, biz Sizin mövqeyinizi bilmək istəyirik. Azərbaycan Prezidenti hansı variantın tərəfdarıdır? Dağlıq Qarabağ probleminin ciddi kompromislər yolu ilə indiki məqamda həllinin, yoxsa gözləməyin tərəfdarıdır?

CAVAB: Mən bu məsələdə kompromislərin tərəfdarı deyiləm. Mən hesab edirəm və öz mövqeyimi açıq-aydın bildirmişəm ki, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Haqq-ədalət bizim tərəfimizdədir. Zaman dəyişir, əgər biz ölkələrə iqtisadi potensial baxımından qiymət versək, o da bizim tərəfimizdədir. Ona görə də mən hesab edirəm ki, biz gərək tələskənliyə yol verməyək. Mən tələsmirəm. Hesab edirəm ki, məsələni həll etmək üçün gərək gözləyək. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı güclənir və bundan doğan digər məsələlər öz həllini tapdıqca, ölkəmiz istədiyinə nail olacaqdır. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz istəyirik ki, Azərbaycan torpaqları ölkəmizə qaytarılsın, münaqişə sülh yolu ilə öz həllini tapsın. Eyni zamanda, bu məsələ yalnız dediyim prinsiplər çərçivəsində öz həllini tapa bilər. Bu mövqeyimiz bu dəfə də çox aydın şəkildə Moskvada bildirildi.

SUAL: Cənab Prezident, Siz ATƏT-in üzvü olan iki dövlətə səfər etmisiniz. Necə düşünürsünüz, bu səfərlərdən sonra ATƏT vasitəçilərinin işində fəallıq müşahidə olunacaq, ya yox?

CAVAB: Mən ümid edirəm ki, olacaq. Həm Fransanın Prezidenti, həm də Rusiyanın Prezidenti mənə bildirdilər ki, onlar münaqişənin həll olunmasında maraqlıdırlar. Mən gözləyirəm ki, ATƏT-in yeni təklifləri olacaqdır. Bu barədə demək hələlik bir az tezdir, olmalıdır. ATƏT bu məsələ ilə məşğuldur və şübhəsiz ki, münaqişənin həllində fəal iştirak etməlidir. Yenə də deyirəm, özünü müşahidəçi kimi aparmamalıdır. Yeni təkliflər verməlidir. Bilirsiniz ki, bu təkliflərin irəli sürülməsi istiqamətində çox gözəl şərait yaranıbdır. Avropa İttifaqının məruzəsində artıq müsbət məqamlar səslənibdir. Avropa Şurasının sənədlərində artıq bizi qane edən, ədaləti əks etdirən məqamlar öz əksini tapıbdır. Yəni, bütün bunlar zəmindir. Biz Avropa Şurasında üç il bundan əvvəl bu fəaliyyətə başlayanda, bəziləri buna, necə deyərlər, ciddi yanaşmırdı. Hesab edirdilər ki, bu, sadəcə olaraq, siyasi gedişlərdir. Halbuki həyat göstərir ki, bütün bu məsələlər danışıqların istiqaməti üçün gözəl zəmindir. Mən əminəm ki, bu zəmində münaqişə öz həllini tapar. Əgər siz Rusiyanın qəzetlərinə nəzər salsanız, görərsinz ki, onların səhifələrində erməni işğalı haqqında artıq açıq-aydın bildirilir. Halbuki, bir neçə il əvvəl bu barədə heç deyilmirdi. Yəni bu, bizim diplomatik uğurumuzdur. Əminəm ki, bunun əsasında bizi qane edən bir variant ortaya çıxa bilər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir