RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FİNLANDİYA PREZİDENTİ TARYA HALONENİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Helsinkidə, Finlandiya Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. O cümlədən Prezident Tarya Halonenin Azərbaycana və Prezident İlham Əliyevin Finlandiyaya rəsmi səfərlərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirildi.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######