Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏFİN BİRGƏ MƏTBUAT KONFRANSI

İyulun 8-də, Prezident sarayında Azərbaycan-Pakistan sənədləri imzalandıqdan sonra prezidentlər İlham Əliyevin və Pərviz Müşərrəfin birgə mətbuat konfransı olmuşdur.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

BƏYANATI

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən Azərbaycana rəsmi səfərə gəlmiş Pakistan İslam Respublikasının Prezidenti cənab Pərviz Müşərrəfi və onu müşayiət edən nümayəndə heyətinin bütün üzvlərini bir daha salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Qardaş Pakistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında olan çox əlamətdar bir hadisədir. Pakistanla Azərbaycan arasında çox gözəl əlaqələr mövcuddur. Siyasi, iqtisadi, mədəni sahələrdə bizim ölkələrimiz çox səmərəli və uğurlu əməkdaşlıq edirlər. Pakistan və Azərbaycan bütün beynəlxalq tədbirlərdə, ümumiyyətlə, beynəlxalq aləmdə bir-birini daim dəstəkləyir, bir-birinə kömək edirlər.

Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir və mən bu dəstəyə görə bir daha hörmətli cənab Prezidentə bütün Azərbaycan xalqı adından öz təşəkkürümü bildirirəm. Azərbaycan da əvvəllər olduğu kimi, bundan sonra da Pakistanı daim dəstəkləyəcəkdir, öz siyasi dəstəyini verəcəkdir.

Belə gözəl bir şəraitdə, əlbəttə, iqtisadi əlaqələrin inkişafı bizim ölkələrimizi daha da yaxından birləşdirəcəkdir. Biz çox istəyirik ki, iqtisadi əlaqələr inkişaf etsin, güclənsin və hər iki ölkəyə fayda gətirsin. Hökumətlərarası komissiyanın iclasında bu məsələlər müzakirə olunubdur və ümidvaram ki, bu səfərdən sonra iki ölkə arasında olan iqtisadi əlaqələr daha da güclənəcəkdir.

Yanacaq, energetika, kənd təsərrüfatı, turizm, digər sahələrdə əməkdaşlıq üçün çox gözəl zəmin vardır. Əlbəttə, humanitar, mədəni sahələrdə bizim əlaqələrimiz çox uğurla inkişaf edir, xalqlarımız bir-birinə böyük hörmətlə, rəğbətlə yanaşırlar.

Pakistan və Azərbaycan müttəfiq ölkələrdir. Biz bir-birimizi çox yaxşı başa düşürük. Beynəlxalq, regional məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. Mən əminəm ki, bu səfərdən sonra aramızda olan əlaqələr daha da güclənəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq və ümumiyyətlə, Pakistanla Azərbaycan arasında olan münasibətlər inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram və əminəm ki, bu səfər, onun nəticələri də çox uğurlu olacaqdır.

PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏFİN

BƏYANATI

-Bismillahir-rəhmanir-rəhim!

Cənab Prezident, çox sağ olun ki, Pakistan və Azərbaycan dostluğu haqqında bu qədər xoş sözlər dediniz. Ondan başlamaq istəyirəm ki, məni Azərbaycana dəvət etməyinizdən çox məmnunam. Böyük ehtiram hissi və başucalığı ilə nümayəndə heyətinə rəhbərlik edirəm və Azərbaycana, Sizin böyük ölkəyə gəlmişəm.

Pakistan və Azərbaycan ümumi mədəniyyətə malik ölkələrdir. Bizim insanlarımız eyni dinə sitayiş edirlər. Ona görə də bundan çıxış edərək, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələri daha da genişləndirmək üçün böyük imkanlar mövcuddur.

Biz cənab Prezidentlə təkbətək görüşdə və nümayəndə heyəti ilə görüşdə bir sıra məsələləri müzakirə etdik. Bu müzakirələr zamanı qərara alındı ki, bütün mümkün sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır və bunun üçün imkanlar da vardır.

Siyasi sahədə bizim münasibətlərimizin xüsusiliyi ondan ibarətdir ki, biz bir-birimizə qarşılıqlı hörmətlə yanaşırıq və bütün məsələlərdə bir-birimizi daim dəstəkləyirik. Bu özünü Azərbaycanın Kəşmir məsələsinə münasibətində göstərir və eləcə də, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın düzgün mövqeyini daim dəstəkləməsində özünü büruzə verir.

Dağlıq Qarabağın və onun ətrafında olan rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi hər bir adi pakistanlını narahat edir. Mən bu gün Azərbaycan Prezidentinə söz vermək istəyirəm ki, biz bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünü və düzgün mövqeyini daim dəstəkləyəcəyik.

Beynəlxalq məsələlərə baxışda bizim mövqelərimiz bütün məsələlərdə eynidir. Xüsusilə də islam dünyasının üzləşdiyi bütün problemlərdə biz eyni mövqedən çıxış edirik. Bu, həm Fələstin, həm Kəşmir, həm də İraq və Əfqanıstanda olan məsələlərə aiddir. Qərara alınmışdır ki, bundan sonra ölkələrimiz bu sahədə əməkdaşlığı daha da gücləndirsinlər və əlaqələndirsinlər.

Məlum olduğu kimi, bizim yaşadığımız dövr, XXI əsr iqtisadiyyat əsridir. Burada da biz Prezidentlə razılaşdıq ki, ümumi maraqları müəyyən edək və birgə iqtisadi komissiya ümumi maraqlar üzərində işləsin, məsələləri araşdırsın. Beləliklə, biz bütün imkanları inkişaf etdirək.

Mən imzalanmış sənədlərdən olduqca razıyam, olduqca məmnunam. Ümid edirəm ki, bu gün Prezidentlə aramızda imzalanan sənədlər ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq və xalqlarımız arasında əməkdaşlıq bundan sonra yüksələn xətlə davam edəcəkdir.

Cənab Prezident, Pakistan bütün mümkün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirməyin tərəfdarıdır. Sonda sizin qarşınızda bəyan etmək istəyirəm ki, mən böyük məmnuniyyətlə cənab Prezidenti Pakistana rəsmi səfərə dəvət etmişəm. O da Pakistana gəlməyə razılıq veribdir. Minnətdarlığımı bildirmək istəyirəm ki, bu da bizə Azərbaycanın nümayəndə heyətinə burada bizə qarşı göstərilən qonaqpərvərliyi Pakistanda eyni ilə təkrar etməyə imkan yaradacaqdır. Bəyan etmək istəyirəm ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər davam edəcək və daha da güclənəcəkdir. Mən hesab edirəm ki, biz tərəfdaş deyilik, biz qardaşıq. Pakistan hər zaman Azərbaycanla olacaqdır. Çox sağ olun

Yaşasın Azərbaycan-Pakistan dostluğu!

X X X

Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənim sualım Azərbaycan Prezidentinədir. Cənab Prezident, məlum olduğu kimi, Azərbaycanla Pakistan arasında çox güclü siyasi əlaqələr mövcuddur. Siz Pakistan Prezidenti ilə bu siyasi münasibətləri iqtisadi səviyyəyə keçirmək haqqında müzakirələr aparmısınızmı?

İLHAM ƏLİYEV: Bu barədə geniş fikir mübadiləsi aparılmışdır. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətləri ilə görüşdə bu məsələ müzakirə olunmuşdur. Bu sahədə böyük imkanlar var. Azərbaycan və Pakistan iqtisadi əməkdaşlıq edirlər. Amma bu, istənilən səviyyədə deyildir. Biz çox ümid edirik ki, bu səfərdən sonra iqtisadi əlaqələr daha da güclənəcək və biz konkret layihələr üzrə işləyəcəyik.

Bu əməkdaşlıq müxtəlif sahələrdə mümkündür. Bu məsələlər müzakirə olunubdur. Əminəm ki, ilk növbədə, neft-qaz sektorunda, kənd təsərrüfatında, turizm sahəsində və digər sahələrdə əlaqələr güclənəcəkdir. Biz çox istəyirik ki, bizneslə məşğul olan şirkətlər, iş adamları bir-birinə daha yaxın olsunlar, qarşılıqlı səfərlər etsinlər. Çünki həm Azərbaycanda, həm də Pakistanda qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün gözəl şərait var. Şübhəsiz ki, gözəl siyasi münasibətlər iqtisadi əlaqələrin güclənməsinə öz töhfəsini verəcəkdir. Mən əminəm ki, bu səfərdən sonra bu sahədə biz gözəl nəticələr görəcəyik.

SUAL: Mənim sualım Pakistan Prezidentinədir. Cənab Prezident, hər iki ölkənin dövlət başçısı iqtisadi əlaqələri gücləndirmək niyyətini ifadə etdi. Konkret olaraq soruşmaq istəyirəm ki, neft-qaz sahəsində Pakistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivlərini necə görürsünüz?

PƏRVİZ MÜŞƏRRƏF: Bəli, həqiqətən də, bu, bizim müzakirə etdiyimiz çoxsaylı məsələlərdən yalnız biridir. Bizə məlumdur ki, Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malikdir. Çox istərdik ki, Azərbaycanın bu təcrübəsindən faydalanaq, bu sahədə birgə müəssisələr açaq, Azərbaycanla birlikdə çalışaq, Azərbaycandan öyrənək. Bu səfər zamanı məni Pakistanın neft naziri müşayiət edir. O, öz azərbaycanlı həmkarı ilə görüşəcəkdir və konkret layihələr haqqında fikir mübadiləsi aparılacaqdır.

SUAL: Mənim sualım belədir: Kəşmir və Dağlıq Qarabağ məsələləri prezidentlərin görüşündə müzakirə olunmuşdur. Bu məsələdə tərəflər öz hərəkətlərini, bundan sonra atılacaq addımları əlaqələndirə bilərlərmi ki, bu sahədə daha çox səmərə əldə olunsun?

İLHAM ƏLİYEV: Bu sahədə əlaqələndirmə var. Biz qeyd etdik ki, bu məsələ müzakirə olunmuşdur. Bildiyiniz kimi, bütün beynəlxalq təşkilatlarda Pakistanla Azərbaycan bu məsələlərdə bir-birini dəstəkləyir, öz siyasi dəstəyini verir. Biz istəyirik ki, beynəlxalq hüquq normaları işləsin, istəyirik ki, ədalət bərpa olunsun. Biz istəyirik ki, bu məsələ sülh yolu ilə öz ədalətli həllini tapsın. Amma beynəlxalq hüquq normaları əsasında.

Birləşmiş Millətlər Təşkilatının qətnamələri var və bunlar icra olunmur. Əlbəttə, biz tələb edirik ki, bunlar icra olunsun və tezliklə bu münaqişələr öz həllini tapsın. Gələcəkdə də bu məsələlərlə əlaqədar iki ölkə bir-birini dəstəkləyəcəkdir.

PƏRVİZ MÜŞƏRRƏF: Mən cənab Prezidentin dediklərinə əlavə etmək istəyirəm ki, həqiqətən, biz bundan sonra da bu məsələlərdə bir-birimizi dəstəkləməkdə davam edəcəyik.

SUAL: Mənim sualım Pakistan Prezidentinədir. Cənab Prezident, İslam Konfransı Təşkilatının iclası zamanı Siz maarifçi-liberalizm ideyasını irəli sürmüşdünüz. Bu ideya nədən irəli gəlmişdir?

PƏRVİZ MÜŞƏRRƏF: Məlum olduğu kimi, hazırda bütün dünya inkişaf edir. Lakin eyni zamanda, bütün dünya çox təhlükəli bir yerə çevrilmişdir. Bu dünyanın sakinləri kimi, bizim də hamımızın əsas məqsədimiz, borcumuz ondan ibarətdir ki, dünyanı daha da təhlükəsiz məkana çevirək. İkinci tələbat ondan irəli gəlir ki, hazırda bütün müsəlman dünyasında sosial sektor çox zəif inkişaf edibdir və əhali arasında savadın səviyyəsi olduqca aşağıdır. Ona görə də İslam Konfransı Təşkilatının bir üzvü kimi biz istərdik ki, müsəlman xalqları, islam dininə sitayiş edən xalqlar savadlarını artırsınlar.

Mən maarifçi-liberalizm dedikdə, iki məsələni nəzərdə tuturam. Birincisi, müsəlman dünyası özü-özünə yardım etməlidir. Biz ekstremizmdən azad olmalıyıq və sosial inkişafa doğru getməliyik. İkincisi isə, Qərbdən daha çox asılıdır. İlk növbədə, Birləşmiş Ştatlar, Qərb ölkələri yardım etməlidirlər ki, biz bu siyasi münaqişələrdən yaxa qurtaraq. Bu siyasi münaqişələrin həll olunmasında onlar bizə yardım etməlidirlər. Əlbəttə, ədalətli əsaslarla. Onlar bundan sonra bizim sosial və iqtisadi inkişafımıza yardım əllərini uzatmalıdırlar. Biz düşünürük ki, əgər belə olarsa, burada uduzan tərəf olmayacaqdır. Hamı qalib gələcəkdir. Xüsusilə də müsəlman dünyası. Çox sağ olun.

X X X

Mətbuat konfransında Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazirlər, Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz, Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli və Pakistan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib