Azərbaycan Prezidenti milli bayram münasibətilə Fələstin Prezidentini təbrik edib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev milli bayram - Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsinin və möhkəmlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.
Prezident İlham Əliyev Prezident Mahmud Abbasa möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıb.