Azərbaycan Prezidenti Sloveniyanın yeni Prezidentini təbrik edib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Borut Pahora təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.