Azərbaycan Prezidentinin telekanallara müsahibəsi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub
Tbilisi, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “dalgatv.ge”, “24news.ge”, “newsday.g”e, “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.
Azərbaycan, rus və gürcü dillərində, AZƏRTAC-a istinadla yayılan məlumatlarda dövlətimizin başçısının Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirləri əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi