AZƏRBAYCAN QISA MÜDDƏT ƏRZİNDƏ DÜNYANIN İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİ SIRASINDA OLMALIDIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdə demişdir ki, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür və onların işində çox fəal rol oynamağa başlamışdır. Ölkənin beynəlxalq imici, nüfuzu, hörməti artır və bu, reallıqdır. Bu gün Azərbaycan sözün əsil mənasında bölgədə ən yüksək mövqelərə malik olan bir ölkədir və qısa müddət ərzində dünyanın ən inkişaf etmiş dövlətləri sırasında olmalıdır. Buna nail olmaq üçün imkan, siyasi iradə, xalqın birliyi və istedadı vardır.
Dövlətimizin başçısı demişdir ki, iqtisadi artım, siyasi sabitlik, vətəndaş həmrəyliyi, iqtidarla xalq arasında vəhdət, demokratikləşmə prosesinin uğurla inkişaf etməsi, bölgədə nüfuzunun daha da möhkəmlənməsi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq və regional müstəvidə lider mövqe ölkəmizin bugünkü həyatını əks etdirən reallıqlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]