Azərbaycan qrossmeysterinin Çexiyada uğurlu startı
Bakı, 12 iyun, AZƏRTAC
Çexiyanın Teplitse şəhərində şahmat üzrə beynəlxalq open turnir keçirilir. Yarışda 167 şahmatçı, o cümlədən 16 qrossmeyster iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Open-2017”də iki turdan sonra hər biri iki xal toplamış 28 şahmatçı irəlidədir. Turnir iştirakçılarından 22 şahmatçının, o cümlədən Azərbaycan qrossmeysteri Ülvi Bacaraninin aktivində 1,5 xal var. Azərbaycan təmsilçisi birinci turda qara fiqurlarla oynayaraq yerli şahmatçı Milan Kotvaya qalib gəlib, ikinci turu ağ fiqurlarla şotlandiyalı şahmatçı Endryu Burnetlə heç-heçə başa vurub.
Püşkatmanın nəticələrinə görə, üçüncü turda qara fiqurlarla oynayacaq Ü.Bacarani almaniyalı şahmatçı Stefan Liepoldla qarşılaşacaq.
Teplitsedə “Open-2017” turniri İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]