“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI HAQQINDA” QANUN LAYİHƏSİ BİRİNCİ OXUNUŞDA QƏBUL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin martın 30-da keçirilmiş iclasında “Azərbaycan Respublikasının dövlət bayrağı haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, bu qanun Azərbaycan Respublikası dövlət bayrağının istifadə qaydasını müəyyən edir.
Layihədə Azərbaycan Respublikası dövlət bayrağının statusu, bayrağın qaldırıldığı, təsvirinin yerləşdiyi yerlər, rəsmi tədbirlər zamanı istifadəsi, bayram və matəm günlərində qaldırılması (salınması), digər bayraqlarla birgə yerləşdirilməsi (qaldırılması) və digər müddəalar öz əksini tapmışdır.
Geniş müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]