AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının və sərəncamının siyahısı” təsdiq edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 8 oktyabr 2002-ci il tarixli 153 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi orqanında uçota alınması Qaydaları” təsdiq edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.