Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib
Bakı, 12 iyun, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu (TTKF) fəaliyyətə başladığı dövrdən etibarən indiyədək 101 mindən çox müraciət qəbul edib, 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TTKF-dən məlumat verilib. Bildirilib ki, rəsmiləşdirilmiş kreditlərin təxminən 65 faizini (55 mindən çox) standart, 35 faizini (29 mindən çox) isə sosial təhsil tələbə kreditləri təşkil edir. Qeyd olunub ki, təhsil tələbə kreditlərindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində, eləcə də peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan şəxslər yararlana bilirlər.
Hazırda 2025/2026-cı tədris ilinin yaz semestri üzrə müraciətlərin qəbulu davam edir və proses semestrin sonunadək açıq olacaq.
Müxbir - Nərmin Murad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]