AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikası Dövlət Rəssamlıq Akademiyasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabinetinin qəbul etdiyi 10 oktyabr 2002-ci il tarixli 154 nömrəli qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin qeyd hissəsinin 4-cü bəndində “900-1300” rəqəmləri “2000-2500” rəqəmləri ilə əvəz edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə əlaqədar geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 10 oktyabr 2002-ci il tarixli 156 nömrəli qərara əsasən “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət geodeziya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 mart tarixli 118 nömrəli və “Geodeziya və kartoqrafiya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 17 oktyabr tarixli 210 nömrəli qərarları qüvvədən düşmüş hesab olunmuşdur.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]