AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRLİYİNDƏ OLMUŞDUR
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Polşa Respublikasının ölkəmizdəki səfirliyində olmuşdur.
Dövlətimizin başçısı Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




