AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, çox sevimli Atanızın – Zati-aliləri cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından dərin hüznlə başsağlığı verim.
Həyat yolu, şübhəsiz, örnək üçün nümunə olan və özünün bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, müdrik və uzaqgörən siyasətçi kimi dünyada məşhur olan və tanınmış insan həyatdan getdi.
Onun xatirəsi qəlbimizdə həmişəlik yaşayacaqdır.
Hamımız üçün bu kədərli gündə Sizə, doğmalarınıza və yaxınlarınıza, bütün Azərbaycan xalqına mətanət və səbr diləmək istəyirik.
Zati-aliləri, Sizə ən yüksək hörmət bəslədiyimizə əmin ola bilərsiniz.
Səmimiyyətlə Sizin,
professor Dumitru Balan,
Cəmiyyətin sədri,
doktor Dursun Altınışık,
Cəmiyyətin sədrinin müavini
13 dekabr 2003-cü il