AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu, parlaq şəxsiyyət və zəmanəmizin görkəmli siyasətçisi Heydər Əliyevin vaxtsız vəfatı barədə kədərli xəbər ürəyimi ağrıtdı.
Bütün Azərbaycan üçün bu matəm günlərində Mərkəzi Asiya regionu ölkələrinin idman ictimaiyyəti adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığını qəbul edin.
Cənab Prezident, bu böyük və əvəzsiz itkidən biz qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənir və bu ağır və çətin vaxtda xalqınıza mətanət, əmin-amanlıq və sülh arzulayırıq.
Dərin hörmətlə,
Qafur Rəhimov,
Asiya Olimpiya Şurasının vitse-prezidenti
AİBA-nın vitse-prezidenti
Daşkənd, 14 dekabr 2003-cü il