AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin və səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan xalqının böyük oğlu həyatdan getdi. Vətənimizdə taleyüklü nailiyyətlərin əldə edilməsində Heydər Əlirza oğlunun tarixi töhfəsini qiymətləndirmək qeyri-mümkündür. Azərbaycan 1970-80-ci illərdə onun rəhbərliyi ilə iqtisadiyyatın və mədəniyyətin bütün sahələrində irəliyə doğru nəhəng sıçrayış etmişdir. Heydər Əliyevin işə münasibətindən ruhlanan bizlər - sıravi zəhmətkeşlərdən tutmuş sahə rəhbərlərinədək hamımız hiss edirdik ki, əvvəlkindən də daha çox və daha yaxşı işləyə bilərik, öz gücümüzə inanırdıq. Mən Heydər Əlirza oğlunun rəhbərliyi ilə uzun müddət işləyərək, onun titanik əməyinin, nöqsanlarla barışmaz mübarizəsinin, meydana çıxan problemlərin kökünə varmaq istedadının və ən mürəkkəb məsələlərin səhvsiz qərarını tapmasının şahidi olmuşam.
Mənim çalışdığım su təsərrüfatının inkişafında da onun rolu çox böyükdür.
Gənc, müstəqil dövlətin böhran dövründə Heydər Əlirza oğlu qayıtmağa özündə qüvvə tapdı, yenidən sabitliyi, ardıcıl inkişafı, azərbaycanlıların Vətənin gözəl gələcəyinə inamını təmin edə bildi.
Heydər Əlirza oğlu tarixi şəxsiyyətdir. Onun vəfatı təkcə bizim üçün, ona yaxın olan adamlardan ötrü deyil, həm də bütün bəşəriyyət üçün itkidir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərlənirəm.
Hörmətli İlham Heydər oğlu, əminəm ki, Siz, Atanızın şanlı işlərini layiqincə davam etdirəcəksiniz.
Hörmətlə,
Polad Poladzadə,
Rusiyanın “Vodstroy” şirkətinin prezidenti
Moskva, 17 dekabr 2003-cü il