AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Azərbaycan xalqının itkisi, görkəmli siyasətçi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar İnquşetiya Respublikası müsəlmanlarının ruhani mərkəzi Sizə, ailənizə və Azərbaycan xalqına səmimi başsağlığı verir.
Qoy Ulu Tanrı Azərbaycan xalqının rifahı naminə çoxillik əməyinə görə onu cənnətməkan etsin. Allahın salamı, rəhni və bərəkətləri üzərində olsun.
Hörmətlə və xeyirxah dualarla,
Məhəmmədhacı Alboqaçiyev,
İnquşetiya Respublikasının müftisi
Nazran, 16 dekabr 2003-cü il