AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – müdrik rəhbər Heydər Əliyevin vəfatı ilə əlaqədar MDB Qiymətləndiricilər Birlikləri Şurası adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Onun Azərbaycana rəhbərliyinin 34 ili ərzində əldə edilmiş sosial-iqtisadi uğurlar danılmazdır və bütün dünyada dərin hörmət doğurur.
MDB ölkələrinin qiymətləndiriciləri Böyük Azərbaycanlının həyatdan getməsindən Azərbaycan xalqı ilə birlikdə kədərlənir və əmindirlər ki, onun işi və ənənələri davam etdiriləcək, Azərbaycan isə daha güclü və demokratik dövlət olacaqdır.
Dərin hörmətlə,
N.Trifonov,
MDB Qiymətləndiricilər Birlikləri Şurasının
baş direktoru
Minsk, 13 dekabr 2003-cü il