AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz İlham Heydər oğlu!
Bu kədərli günlərdə əvəzsiz itki, çox hörmətli Heydər Əlirza oğlunun vəfatı ilə əlaqədar səmimi başsağlığımızı qəbul edin. Heydər Əlirza oğlunun bütün həyatı tamamilə öz xalqına xidmətə, doğma Azərbaycanın tərəqqisi qayğısına qalmağa həsr olunmuşdur. Heydər Əlirza oğlu uzun illər ölkəyə rəhbərlik edərək, bütün dünyada böyük hörmət qazanmışdır. Onun adı siyasətçi və dövlət xadiminin ən yüksək nüfuzu və müdrikliyinin təcəssümü olmuşdur. Agentliyimizdə olarkən Heydər Əlirza oğlu ilə səmimi görüşlərimiz, jurnalistlərlə səmimi və açıq söhbətləri TASS əməkdaşlarının xatirində əbədi qalacaqdır. Biz əminik ki, respublikanın iqtisadi, sosial və mədəni inkişafının möhkəmlənməsi, Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli genişləndirilməsi sahəsində Heydər Əlirza oğlu Əliyevin gördüyü işlər bundan sonra da inkişaf edəcəkdir ki, bu da Azərbaycan xalqının böyük oğlu üçün ən yaxşı abidə olacaqdır.
Hörmətlə,
Vitali İqnatenko,
İTAR-TASS-ın baş direktoru,
Mixail Qusman,
baş direktorun
birinci müavini,
İTAR-TASS-ın kollegiyası