AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Elə insanlar var ki, mübaliğəsiz olaraq, onlar tarixi yaradırlar. O, belə insanlar sırasına daxildir. Təkcə Azərbaycan deyil, həm də Sovet İttifaqında yaşamış və çalışmış olan insanların hamısı onun vəfatından kədərlənir. O, öz xalqı üçün də, keçmiş SSRİ xalqları üçün də, Rusiya-Azərbaycan dostluğunun qorunub-saxlanması və inkişafı üçün də olduqca çox işlər görmüşdür. Heydər Əlirza oğlunu şəxsən və yaxından tanıyanların hamısı, - əlbəttə, mən də onların sırasına daxiləm, - bu gözəl insanı, böyük rəhbəri, böyük cəfakeşi və vətənpərvəri heç zaman unutmayacaqdır.
Yevgeni Primakov,
Rusiya Federasiyası Ticarət-Sənaye
Palatasının prezidenti, Dövlət dumasının
deputatı
Moskva, 13 dekabr 2003-cü il