AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Azərbaycan Respublikasının əvəzsiz lideri Heydər Əliyevin vəfatı ilə əlaqədar dərindən kədərlənirik.
Heydər Əliyev Azərbaycan Respublikasının təşəkkülündə və inkişafında uzun illər müstəsna rol oynamışdır. O, nəinki müdrik siyasətçi, həm də dərin düşüncəli bir insan idi. Onu maraqlı müsahib və h əssas bir insan kimi qiymətləndirirdilər.
Heydər Əliyev bənzərsiz natiq idi. Onun parlaq çıxışları və mühazirələri, - o cümlədən Fəxri doktoru olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə və müəllimləri qarşısında, - həmişə böyük maraq doğururdu.
Heydər Əliyevin xatirəsi təkcə Azərbaycanda deyil, həm də bütün keçmiş sovet respublikaları ərazisində, onu tanıyanların hamısının qəlbində yaşayacaqdır.
Onunla ünsiyyətdə olanların, onu özünün şəxsi dostu hesab etmək istəyənlərin Heydər Əliyevi unutması çox çətindir.
Mərhumun yaxınlarına və əzizlərinə səmimi və dərin başsağlığımızı qəbul edin.
Səmimi və dərin hörmətlə,
A.B.Torkunov
RF XİN-in Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun (Universitet) rektoru
Rusiya Elmlər Akademiyasının
müxbir üzvü
Moskva, 15 dekabr 2003-cü il.