AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini kədər hissi ilə aldım. Mən onunla iki dəfə görüşmək şərəfinə nail olmuşdum.
Cənab Heydər Əliyevlə görüşərkən onun nadir şəxsiyyətlərə xas olan dahiyanə xüsusiyyətlərinin şahidi olmuşdum. O, Azərbaycana sülh və əmin-amanlıq gətirən böyük şəxsiyyət idi.
Cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar hədsiz kədərinizə şərik olur, Beynəlxalq Prokurorlar Assosiasiyası adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə bütün xalqınıza səbr diləyirəm.
Ən səmimi hisslərlə,
Henk Markart Şolts,
Beynəlxalq Prokurorlar
Assosiasiyasının baş katibi.
15 dekabr 2003-cü il.