AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın vəfatı ilə bağlı kədərli xəbəri böyük təəssüf hissi ilə eşitdim və bununla əlaqədar Sizə, ailənizə və Azərbaycan xalqına səmimi başsağlığı verirəm.
Atanızın güclü, həm də mərhəmətli liderlik irsinin, eləcə də onun davamlı diplomatik keyfiyyətləri və qətiyyətinin Sizə qarşıdakı çağırışları qəbul edəndə kömək olacağına əminliyimə baxmayaraq, bu itkini çox kəskin hiss edəcəyinizi bilirəm.
Bu çətin vaxtda Sizin haqqınızda düşünür və dua edirəm.
Səmimiyyətlə,
Norin Doyl
Avropa Yenidənqurma və İnkişaf
Bankının birinci vitse-prezidenti
London, 16 dekabr 2003-cü il.