AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın - Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar şəxsən Sizə, ailənizə və Azərbaycan xalqına başsağlığı vermək istərdim.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda yaradılmış makroiqtisadi sabitlik xalqınızın rifahı naminə iqtisadiyyatın mütəmadi inkişafı üçün möhkəm əsas yaradır. Biz Prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət ərzində Azərbaycan ilə Fond arasında yaranmış xoş münasibətləri yüksək qiymətləndirir və əminik ki, bu münasibətlər Sizin Prezidentliyiniz dövründə də davam edəcəkdir.
Hörmətlə,
Horst Köhler Beynəlxalq Valyuta Fondunun
İcraçı direktoru.