AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
ATANIZIN – zəmanəmizin görkəmli siyasi, dövlət və ictimai xadimi, Azərbaycan xalqının sədaqətli oğlu, bütün şüurlu həyatını ömrünün son günlərinədək öz xalqının firavanlığına həsr etmiş PREZİDENT HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN vəfatı ilə əlaqədar Şərəf Rəşidov Beynəlxalq Xeyriyyə Fondunun çoxsaylı kollektivləri adından dərin hüznlə başsağlığı veririk.
Sizin və bütün Azərbaycan xalqının keçirdiyi kədərə şərikik. Heydər Əlirza oğlu həyatdan getməyib, o, Azərbaycan və Özbəkistan xalqlarının qəlbində əbədi yaşayacaqdır.
İlham Heydər oğlu, ONUN və Sizin ideya və niyyətlərinizin Azərbaycan xalqının nurlu gələcəyi naminə uğurla həyata keçirilməsində Sizə cansağlığı və qüvvə arzulayırıq.
Şərəf Rəşidov Beynəlxalq Xeyriyyə
Fondunun Mərkəzi Şurası
Daşkənd, 13 dekabr 2003-cü il.