AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük hörmət və pərəstiş etdiyim atanız Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri məni dərindən sarsıtdı. Görkəmli siyasətçi, böyük insan və vətənpərvər, Azərbaycan xalqının layiqli oğlu həyatdan getmişdir. O, hörmətə və pərəstişə layiq uzun ömür yolu keçmiş, özünün xeyirxah əməlləri ilə doğma respublikasının tarixinə çoxlu işıqlı səhifələr yazmışdır. Heydər Əlirza oğlu son günlərinədək Azərbaycanın, öz xalqının taleyinə biganə olmamışdır. Onun nurlu adı, vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır. Bu ağır günlərdə əvəzsiz itki ilə bağlı dərdinizə şərik çıxıram, Sizinlə, doğmalarınız və yaxınlarınızla, bütün Azərbaycan xalqı ilə birgə kədər hissi keçirirəm. Allah səbr versin. Qoy, Azərbaycan xalqının dahi oğlunun nurlu ruhu şad olsun!
Səmimi, dərin başsağlığı ilə
Aman Tuleyev
Kemerovo vilayətinin qubernatoru
Kemerovo, 13 dekabr 2003-cü il.