AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Parlamentin Rumıniya-Azərbaycan dostluq qrupu, habelə Azərbaycan xalqının və dahi mərhumun dostları olan bir sıra senator və deputatlar onlara qoşularaq, ən səmimi başsağlığı verir və bu itkinin ağrı-acısını mərhumun ailəsi ilə bölüşür.
Rumın xalqının 1989-cu ildə ölkəmizdə baş vermiş faciəli hadisələrə sovet ordusunun müdaxiləsinə qarşı çıxmış böyük dostu, möhkəm iradəli rəhbər vəfat etmişdir. Onun örnəyə layiq fədakarlığı hər bir rəhbərin xarakterində üstünlük təşkil etməlidir.
Öz həmkarlarımızla birlikdə biz 1998-ci ildə Bakıya səfərimiz zamanı onun bizi insani səmimiyyətlə, dostcasına və qonaqpərvərliklə qəbul etməsini, təcrübəsini bizimlə bölüşməsini heç zaman unutmayacağıq.
Biz ona minnətdarlığımızı və onun xatirəsini qəlbimizdə həmişə saxlayacağıq.
Kornel Boyanciu,
deputat, doktor, parlamentin Rumıniya-
Azərbaycan dostluq qrupunun sədri,
Rumıniya-Azərbaycan Dostluq
Cəmiyyəti İdarə heyəti Şurasının üzvü,
Milli Demokratik Kəndli Partiyasının
sədrinin müavini.
Buxarest, 15 dekabr 2003-cü il.