AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Dünya Skaut Hərəkatı Təşkilatı adından Azərbaycanın ümummilli lideri, ictimai-siyasi xadim və dünya miqyaslı siyasətçi, Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar bütün Azərbaycan xalqına dərin başsağlığımı bildirim.
Heydər Əliyevin həyat yolu öz xalqına, regionda və bütün planetdə sülhə və sabitliyə xidmətin nümunəsidir. Onun cəmiyyət naminə titanik zəhməti, fədakarlığı sayəsində Azərbaycan möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir. O, ölkənizin gəncləri üçün yolgöstərən ulduz idi. Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün nümunə ola bilər. Azərbaycan skautlarının beynəlxalq tədbirlərdə fəal iştirakı, dünyanın müxtəlif ölkələrinin gənclərinin iştirakı ilə Sizin ölkənizdə skaut toplantılarının keçirilməsi, Avrasiya regionunun Avrasiya Skaut konfransının 2004-cü ildə Bakı şəhərində keçirilməsinə kömək göstərməsi bu qayğının parlaq nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan Skautlar Assosiasiyası sıralarında birləşən gənc vətəndaşlar “Heydər Əliyevin yolu ilə - həmişə irəli!” şüarını özlərinin devizi seçmişlər. Heydər Əliyevin nurlu xatirəsi insanların qəlbində əbədi yaşayacaqdır.
Yuri Yemilian,
Avrasiya Regional Skaut Komitəsinin sədri,
Aleksandr Bondar,
Avrasiya Regional Bürosunun direktoru
14 dekabr 2003-cü il.